Mahmut Gazi Yaşargil 6 iyul 1925-ci ildə Türkiyədə anadan olub. 1931-1943-cı illərdə Türkiyənin Ankara şəhərində orta məktəbi və universiteti bitirib. 1944-cü ilin yanvarından 1945-ci ilin fevralına kimi Almaniyanın Fridrix von Schiller Universitetində Tibb Fakültəsində 2 semestr təhsil alıb. 1945-ci ilin mayından 1949-cu ilin dekabrına kimi İsveçrənin Basel Universitetində Tibb Fakültəsində 10 semestr təhsil alıb. 1950-ci ilin martın 2-də Basel Universitetində tibb doktoru dərəcəsini almışdır.1951-1952-ci illərdə İnterlaken Xəstəxanasında daxili xəstəliklər və ümumi cərrahlıq üzrə resident vəzifəsində çalışmışdır.1952-ci ilin noyabr və dekabr aylarında Basel Universitetinin Anatomiya kafedrasında neyroanatomiya sahəsində tədqiqat işi aparmışdır. 1953-1973-cü illərdə İsveçrənin Sürix Universitetində müxtəlif vəzifələrdə çalışmışdır. 1973-ci ildə professor və Neyrocərrahiyyə departmentinin müdiri olmuşdur. 1965-67-cı illərdə ABŞ-da Vermont universitetində (Burlington`da) işləmişdir. 1994-cü ildə etibarən Amerikada, əsasən Arkansas universitetinin tibb fakültəsində çalışmış, neyrocərrahiyyə üzrə araşdırmalar aparmış və dərs demişdir. 7500 cərrahiyyə əməliyyatları aparmış, 3000-dən çox peşəkar cərraha öz sənətinin sirrlərini öyrətmişdir. Özü düzəıltdiyi tibbi alətlərlə beyində əməliyyatlar aparmışdır. Çoxsaylı mükafatlara, medallara və fəxri adlara layiq görülmüşdür. 1999-cu ildə “Neurosurgery” dərgisi tərəfindən ənənəvi Neyrocərrahlar Konqresinin illik toplantısında “1950-1999-cu illər dövrünün neyrocərrahı” elan edilmişdir. Professor Mahmud Gazi Yaşargil 2014-cü ildə vətənə geri dönmüşdür. Hazırda İstanbulda, Yedditəpə Univeristetinin Beyin cərrahiyyəsi şöbəsinə rəhbərlik edir.
Also for patient once the patient understands the problem he has which most common among them. http://raindogscine.com/?attachment_id=164 levitra 60 mg
Üç ölkənin fəxri vətəndaşıdır (Türkiyə, Argentina və ABŞ (Texas)). 13 monoqrafiya olmaqla, 340-a qədər elmi əsəri vardır. 41 monoqrafiya və dərs vəsaitinin həmmüəllifidir.
Mükafatları:
· İsveçrə Oftalmologiya Assosiasiyasının Vogt Mükafatı (1957);
· İsveçrə Tibb Elmləri Akademiyasının Robert-Bing Mükafatı (1968);
· İsveçrə Federasiyasının Marcel-Benoist Mükafatı (1976);
· Beynəlxalq Mikrocərrahlar Cəmiyyətinin Pioner Mikrocərrah Mükafatı,
(Sidney, Avstraliya,) (1981);
· Di Napoli e della Compagna Universiteti (Fəxri Medal) (1988);
· Türkiyə Cumhuriyyətinin Tibb Mükafatı (1992);
· Neyrocərrahlıq Cəmiyyətlərinin Dünya Federasiyasının Qızıl Medalı (1997);
· Əməkdar elm xadimi, Arkanzas Tibb Elmləri Universiteti (1998);
· Braziliya Neyrocərrahlıq Cəmiyyətinin “Əsrin neyrocərrahı” Mükafatı (1998);
· Nevroloji Cərrahların Avropa Assosasiyasının Şərəf medalı (1999);
· Nevrolojı Cərrahların İllik Görüşünün Konqresində “Neyrocərrahlıq” jurnalı tərəfindən “1950-2000 ci ilərdə Əsrin adamı”(1999);
· Fedor Krause Medalı, Alman Neyrocərrahlıq Cəmiyyəti (2000);
· Amerika Cərrahlar Universitetinin Fəxri təqaüdçüsü (2000);
· Türkiyə Respublikasının Medalı (2000);
· Türkiyyə Elmlər Akademiyasının Mükafatı (2000);
· Beynəlxalq Francesco Durante Mükafatı, Italiya (2002);
Müsahibələr və videolar:
http://www.milliyet.com.tr/gazi-yasargil-den-onemli-cep-gundem-1957399/
https://www.youtube.com/watch?v=iclJBQgEt8c
Haqqında yazılar:
http://www.hurriyet.com.tr/egitim/27299678.asp
https://www.tbmm.gov.tr/develop/owa/tbmm_basin_aciklamalari_sd.aciklama?p1=28867
https://www.cns.org/about-us/history/biography/3099
Gazi Yasargil article in TUBITAK journal 2015
Neurosurgery Jurnalında yüzilliyinin adamı kimi seçildi:
http://www.khazar.org/files/Gazi Yasargil Neurosurgery journal.pdf
Yazıları və kitabları:
https://tr.wikipedia.org/wiki/Gazi_Ya%C5%9Fargil
http://www.amazon.com/s?ie=UTF8&page=1&rh=n%3A283155%2Cp_27%3AMahmut%20Gazi%20Yasargil






